...

İranda baş verən zəlzələnin qurbanlarının sayı 521-ə çatıb

Dünya xəbərləri Materials 3 Dekabr 2017 20:28 (UTC +04:00)
Noyabr ayında İranın qərbində baş verən güclü zəlzələnin qurbanlarının sayı 521-ə çatıb.
İranda baş verən zəlzələnin qurbanlarının sayı 521-ə çatıb

Bakı. Trend:

Noyabr ayında İranın qərbində baş verən güclü zəlzələnin qurbanlarının sayı 521-ə çatıb. Bu barədə Trend IRNA agentliyinə istinadən xəbər verir.

Daha öncə 505 nəfərin öldüyü, 12 min nəfərin yaralandığı bildirilirdi. Ölənləri əksəriyyəti - 460 nəfər İraqla sərhəddə yerləşən Sərpol Zəhab şəhərinin sakinləri olub.

Qeyd edək ki, İranın Kermanşah əyalətində, İraqla sərhəddə noyabrın 12-si 7,2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar başqa ölkələrdə də hiss olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti