...

Kiyev polisi Saakaşvilini saxladı

Dünya xəbərləri Materials 5 Dekabr 2017 11:57 (UTC +04:00)

Bakı. Trend:

Kiyevdə hüquq-mühafizə orqanları Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvilini yaşadığı binanın damında saxlayıb.

Trend-in məlumatına görə, bu barədə M.Saakaşvilinin tərəfdaşları bildirib.

Qeyd edək ki, bir müddət əvvəl polis Gürcüstanın sabiq Prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru M.Saakaşvilinin Kiyevdə Kostelnaya, 7 ünvanındakı 32 nömrəli mənzilində axtarış aparıb. M.Saakaşvili isə yaşadığı binanın damına çıxaraq polisi intihar edəcəyi ilə hədələyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti