...

SON DƏQİQƏ! Əfqanıstanda partlayış

Dünya xəbərləri Materials 8 Dekabr 2017 14:46 (UTC +04:00)
Əfqanıstanın şərqində Nanqarxar vilayətində partlayış baş verib.
SON DƏQİQƏ! Əfqanıstanda partlayış

Bakı. Trend:

Əfqanıstanın şərqində Nanqarxar vilayətində partlayış baş verib.

Trend-in məlumatına görə, partlayış məsciddə törədilib.

Son məlumata görə, partlayış nəticəsində 1 nəfərin öldüyü, daha 8 nəfərin yaralandığı bildirilir. Partlayış cümə namazı zamanı baş verib. Vilayətin qubernatoru Ataulla Xoqiyani xəbəri təsdiqləyib.

Məlumata görə, məscidin imamı da xəsarət alanlar arasındadır. Partlayışla bağlı hələ heç kəs məsuliyyəti üzərinə götürməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti