...

Qahirəni yenə nümayiş bürüdü - Bu dəfə niyə?

Dünya xəbərləri Materials 8 Dekabr 2017 16:10 (UTC +04:00)

Bakı. Trend:

Yüzlərlə adam bu gün Qahirədə ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etməsinə etiraz olaraq dinc nümayişə çıxıb.

Trend-in məlumatına görə, nümayiş cümə namazından sonra "Əl-Əzhər" məscidi önündə başlayıb.

Etirazçılar Qüdsün nə qərbə, nə şərqə aid olmadığını, ərəblərə məxsus olduğunu şüar kimi səsləndirirlər.

Xatırladaq ki, dekabrın 6-da D.Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdığını elan edib.

Xəbər lenti

Xəbər lenti