...

Fələstində toqquşmalar - 100-dən çox yaralı

Dünya xəbərləri Materials 8 Dekabr 2017 16:43 (UTC +04:00)
İordan çayının Qərb sahilində və Qəzza bölgəsində ABŞ-ın Qüdsü İsrailin paytaxt kimi tanıması qərarına etiraz olaraq keçirilən aksiyalarda 100-dən çox adam yaralanıb.
Fələstində toqquşmalar - 100-dən çox yaralı

Bakı. Trend:

İordan çayının Qərb sahilində və Qəzza bölgəsində ABŞ-ın Qüdsü İsrailin paytaxt kimi tanıması qərarına etiraz olaraq keçirilən aksiyalarda 100-dən çox adam yaralanıb.

Trend-in məlumatına görə, bu gün cümə namazından sonra Fələstinin bir neçə şəhərində etiraz aksiyaları başlayıb.

Qeyd olunur ki, aksiyalar polis qüvvələri ilə toqquşmaya çevrilib.

Toqquşmalar zamanı Qərb sahilində 95, Qəzza bölgəsində 15 nəfər yaralanıb.

Bölgədə etiraz aksiyaları davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti