...

Mədənçilərdən maraqlı etiraz - Yer üzünə çıxmaqdan imtina edirlər

Dünya xəbərləri Materials 11 Dekabr 2017 11:43 (UTC +04:00)
Qazaxıstanda “ArselorMittal Temirtau” şirkətinin mədənçiləri etiraz əlaməti olaraq yer üzünə çıxmaqdan imtina edib
Mədənçilərdən maraqlı etiraz - Yer üzünə çıxmaqdan imtina edirlər

Bakı. Trend:

Qazaxıstanda “ArselorMittal Temirtau” şirkətinin mədənçiləri etiraz əlaməti olaraq yer üzünə çıxmaqdan imtina edib.

Trend-in məlumatına görə, gecə növbəsində işləyən 200-ə yaxın mədənçi iş vaxtı başa çatdıqdan sonra mədəni tərk etməyib.

Şirkət rəhbərliyi onlara qarşı mədənçilər tərəfindən hər hansı bir tələb irəli sürülmədiyini deyib.

Digər mədənlərdə işin adi rejimdə davam etdiyi məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti