...

Türkiyədə kütləvi zəhərlənmə qurbanlarının sayı artır - 473 tələbə (YENİLƏNİB)

Hadisə Materials 13 Dekabr 2017 10:59 (UTC +04:00)
Türkiyənin Rizə vilayətində universitet tələbələri arasında kütləvi zəhərlənmə baş verib.
Türkiyədə kütləvi zəhərlənmə qurbanlarının sayı artır - 473 tələbə (YENİLƏNİB)

İlk xəbər saat 09:30-da yayımlanıb

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Rizə vilayətində universitet tələbələri arasında kütləvi zəhərlənmə baş verib.

Trend-in məlumatına görə, Rizə Universitetinin yataqxanasında yaşayan 473 tələbə axşam yeməyindən sonra halsızlıq hiss edib.

Onların zəhərləndyi məlum olub. Tələbələr dərhal xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, daha öncə 190 tələbənin xəstəxanaya yerləşdirilməsi barədə xəbər yayılnmışdı.

Tələbələrin hansı qidadan zəhərlənməsi hələlik məlum deyil. Zəhərlənən tələbələrin hamısının Türkiyə vətəndaşı olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti