...

HƏMAS lideri saxlanıldı - İsrail polisindən əməliyyat

Dünya xəbərləri Materials 13 Dekabr 2017 11:58 (UTC +04:00)
İsrail təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində İordan çayının Qərb sahilində 32 fələstinli saxlanılıb
HƏMAS lideri saxlanıldı - İsrail polisindən əməliyyat

Bakı. Trend:

İsrail təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində İordan çayının Qərb sahilində 32 fələstinli saxlanılıb.

Trend-in məlumatına görə, saxlananlar arasında HƏMAS hərəkatının liderlərindən biri Həsən Yusif də var.

Məlumata görə, İordan çayının Qərb sahilindəki əməliyyat ŞABAK xüsusi xidməti və sərhəd polisi ilə birgə keçirilib.

Saxlanan şəxslər ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarından sonra etirazlar dalğasına təşəbbüs göstərməkdə ittiham olunurlar.

Qeyd edək ki, dekabrın 6-da ABŞ Prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdığını elan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti