...

Meksika təşviş yaşayır - Son saatlarda 7 zəlzələ

Hadisə Materials 13 Dekabr 2017 15:04 (UTC +04:00)
Gecə saatlarından başlayaraq bu gün Meksikanın Gerrero və Oaxaka şəhərlərində 4.0-4,2 bal gücündə olmaqla 7 zəlzələ baş verib
Meksika təşviş yaşayır - Son saatlarda 7 zəlzələ

Bakı. Trend:

Gecə saatlarından başlayaraq bu gün Meksikanın Gerrero və Oaxaka şəhərlərində 4.0-4,2 bal gücündə olmaqla 7 zəlzələ baş verib.

Trend-in məlumatına görə, yeraltı təkanlar müxtəlif saatlarda hiss olunub.

Zəlzələlər nəticəsində insan tələfatı və dağıntılar barədə hələ məlumat verilməyib.

Sonuncu təkanlar 1 saat öncə 4 bal gücündə yerin 59 kilometr dərinliyində qeydə alınıb.

Yeraltı təkanların gün ərzində davam edə biləcəyi istisna olunmur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti