...

Rusiya kosmosa turist göndərəcək

Dünya xəbərləri Materials 14 Dekabr 2017 15:25 (UTC +04:00)
Rusiyanın “Roskosmos” şirkəti suborbital turizmi inkişaf etdirmək niyyətindədir
Rusiya kosmosa turist göndərəcək

Bakı. Trend:

Rusiyanın “Roskosmos” şirkəti suborbital turizmi inkişaf etdirmək niyyətindədir.

Trend-in məlumatına görə, şirkət 2019-cu ildən sonra orbitə turistlərin uçuşlarını təşkil etməyi planlaşdırır.

Hazırda kosmik uçuşların qiyməti 35 milyon dollara yaxındır. Turist uçuşlarının başlayacağı müddətədək qiymətlərin dəyişə biləcəyi istisna olunmur.

Bir müddət əvvəl Rusiyanın “Kosmokurs” şirkəti suborbital turizm uçuş aparatlarının istehsal olunduğunu bildirmişdi. İlk sınaqların 2018-ci ildə keçiriləcəyi gözlənilir. Bir uçuş aparatının dəyəri 250 min dollara yaxındır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti