...

Türkiyədə kompüter alışdı, 20 nəfəri zəhərlədi

Dünya xəbərləri Materials 18 Dekabr 2017 09:28 (UTC +04:00)
Türkiyənin şərqində Balıkəsir vilayətində oyun kompüterinin alışması güclü yanğına səbəb olub.
Türkiyədə kompüter alışdı, 20 nəfəri zəhərlədi

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin şərqində Balıkəsir vilayətində oyun kompüterinin alışması güclü yanğına səbəb olub. Trend-in məlumatına görə, yanğın nəticəsində 20 nəfərin tüstüdən zəhərlənməsi barədə xəbər verilib.

Xəsarət alanların hamısının Türkyə vətəndaşları olduğu bildirilir. Zəhərlənənlərdən 5 nəfərin isə hadisə yerinə gəlmiş polis olduğu bildirilir.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti