...

Vaşinqtonda fövqəladə vəziyyət rejimi elan edilib

Dünya xəbərləri Materials 19 Dekabr 2017 01:13 (UTC +04:00)
ABŞ-ın Vaşinqton ştatında sürət qatarının körpüdə relsdən çıxması ilə əlaqədar fövqəladə vəziyyət rejimi elan edilib
Vaşinqtonda fövqəladə vəziyyət rejimi elan edilib

Bakı. Trend:

ABŞ-ın Vaşinqton ştatında sürət qatarının körpüdə relsdən çıxması ilə əlaqədar fövqəladə vəziyyət rejimi elan edilib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Vaşinqton ştatının qubernatoru Cey İnsli bildirib.

Onun sözlərinə görə, fövqəladə vəziyyət rejimi hadisənin nəticələrinin aradan qaldırılmasına kömək edəcək.

Qeyd edək ki, ABŞ-ın Vaşinqton ştatında sürət qatarı körpüdə relsdən çıxıb. Qatarın relsdən çıxması nəticəsində 6 nəfər həlak olub, 77 nəfər isə xəsarət alıb.

Xəbər lenti

Xəbər lenti