Bakı. Trend:
Kiprin Limasol şəhərində partlayış baş verib.
Trend-in məlumatına görə, polis kustar üsulla hazırlanmış partlayıcı maddənin avtomobilə yerləşdirildiyi barədə bildirib.
Hadisə yaşayış binalarının yaxınlığında törədilib.
İtkilər və ya xəsarət alanlar barədə məlumat verilməyib.
Ərazi nəzarətə götürülüb, araşdırma aparılır.