...

Türkiyədə aviareyslər təxirə salındı - Duman gəlib

Dünya xəbərləri Materials 21 Dekabr 2017 16:41 (UTC +04:00)

Bakı. Trend:

Türkiyənin şərqindəki İğdır vilayətində daxili aviareyslər təxirə salınıb.

Trend-in məlumatına görə, bu qərara sıx dumanın davam etməsi səbəb olub.

Aviareyslərin nə vaxt bərpa olunacağı barədə hələlik məlumat verilməyib.

Məlumata görə, hazırda İğdır vilayətində görüntü məsafəsi 20 metrdən aşağıdır.

Qeyd edək ki, bu gün səhər saatlarında Ağrı vilayətində sıx duman səbəbi ilə baş vermiş qəzada 5 nəfər həlak olmuş, 12 nəfər xəsarət almışdı.

Xəbər lenti

Xəbər lenti