...

Ərdoğan: ABŞ-ın Qüdslə bağlı mövqeyi demokratiya tarixində qara ləkədir

Dünya xəbərləri Materials 22 Dekabr 2017 13:23 (UTC +04:00)
ABŞ-ın Qüdslə bağlı mövqeyi dünya demokratiya tarixində qara ləkədir.
Ərdoğan: ABŞ-ın Qüdslə bağlı mövqeyi demokratiya tarixində qara ləkədir

Bakı. Rufiz Hafizoğlu - Trend:

ABŞ-ın Qüdslə bağlı mövqeyi dünya demokratiya tarixində qara ləkədir.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Dövlət başçısı qeyd edib: "ABŞ hakimiyyəti həmişə güman edib ki, əgər onlar güclüdürlərsə, deməli, hər şeyə haqları var. Lakin dünya ictimaiyyəti bunun əksini sübut etdi".

R.T.Ərdoğan bildirib ki, Əgər ABŞ demokratiyanı pulla ala biləcəyini düşünürsə, böyük səhv edir.

Qeyd edək ki, ötən gün BMT Baş Assambleyası ABŞ-ın Qüds şəhərinə İsrail paytaxtı statusunun verilməsi haqqında qərarının tanınmaması barədə qətnamə qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti