...

Ruslarda ilin sözü: Renovasiya, bitkoin, dopinq...

Dünya xəbərləri Materials 26 Dekabr 2017 12:23 (UTC +04:00)
Ekspert Şurası 2017-ci ildə populyar olan rus sözlərinin siyahısını tərtib edib.
Ruslarda ilin sözü: Renovasiya, bitkoin, dopinq...

Bakı. Trend:

Rus dilinin inkişafı üzrə Yaradıcılıq Mərkəzi yanında Ekspert Şurası 2017-ci ildə populyar olan rus sözlərinin siyahısını tərtib edib.

Trend-in məlumatına görə, top-10-da "renovasiya" sözü liderlik edir. İkinci "bitkoin", üçüncü sırada isə "hayp" sözü qərarlaşıb. Siyahıya "dopinq", "kriptovalyuta", "feyk" və "vizasız" kimi sözlər də daxildir.

Qeyd edək ki, Şuraya yazıçılar Vyaçeslav Kuritsın, Yelena Çernikova, Vladimir Şarov, Tatyana Şerbina, həmçinin jurnalist, filoloq və linqvistlər daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti