...

İslam Əməkdaşlıq Təşkilatı Sankt-Peterburqdakı terror aktını pisləyir

Dünya xəbərləri Materials 29 Dekabr 2017 15:33 (UTC +04:00)

Bakı. Trend:

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Sankt-Peterburqda törədilmiş terror aktını kəskin şəkildə pisləyir. Bu barədə Trend-ə təşkilatdan bildirilib.

Qeyd olunub ki, İƏT-in Baş Katibliyi xəsarət alanların tezliklə sağalmasını arzulayır: "Biz bir daha təşkilatın terrorizmin bütün forma və təzahürlərinə münasibətdə prinsipial mövqeyini bəyan edirik".

Qeyd edək ki, dekabrın 27-də Sankt-Peterburqun Kondratyev küçəsindəki supermarketdə partlayış baş verib. Partlayışa səbəb saxlama kamerasındakı partlayıcı qurğunun işə düşməsi olub. Hadisə nəticəsində 13 nəfər xəsarət alıb. Faktla bağlı cinayət işi açılıb.

Rusiya Prezidenti Vladimir Putin hadisəni terror aktı adlandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti