...

ABŞ-da atışma olub: 1 ölü, 7 yaralı (YENİLƏNİB)

Dünya xəbərləri Materials 31 Dekabr 2017 21:21 (UTC +04:00)
ABŞ-ın Kolorado ştatında baş verən atışma zamanı 1 polis əməkdaşı həlak olub
ABŞ-da atışma olub: 1 ölü, 7 yaralı (YENİLƏNİB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 20:32-də yayılıb)

Bakı. Trend:

ABŞ-ın Kolorado ştatında baş verən atışma zamanı 1 polis əməkdaşı həlak olub.

Trend-in məlumatına görə, bundan əlavə atışma nəticəsində 5 polis əməkdaşı və 2 mülki şəxs yaralanıb.

Yerli hakimiyyətin sözlərinə görə, atəş açan şəxs öldürülüb.

XXX

20:32

ABŞ-ın Kolorado ştatında atışma zamanı bir neçə hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.

Trend-in məlumatına görə, hadisə yerli vaxtla səhər saat 5.13-də baş verib.

Polislər məişət münaqişəsi barədə daxil olan məlumatla əlaqədər çox mənzilli yaşayış evinə gəlib. İstintaq tədbirləri zamanı atışma baş verib, bir neçə polis yaralanıb.

Polislərin vəziyyəti və mülki şəxslərin xəsarət alması barədə hələlik məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti