...

2017-ci il aviasiya tarixində ən təhlükəsiz il olub

Dünya xəbərləri Materials 3 Yanvar 2018 07:19 (UTC +04:00)
2017-ci il kommersiya aviasiyasının tarixində ən təhlükəsiz il olub
2017-ci il aviasiya tarixində ən təhlükəsiz il olub

Bakı. Trend:

2017-ci il kommersiya aviasiyasının tarixində ən təhlükəsiz il olub.

Trend-in məlumatına görə, bu barədə "Aviation Safety Network" portalının hesabatında bildirilir.

2017-ci ildə sərnişin və nəqliyyat təyyarələrinin iştirakı ilə 10 qəza baş verib və 44 nəfər həlak olub. Bu göstərici 1946-cı ildən sonra rekord göstəricidir.

2016-cı ildə təyyarə qəzaları 303, 2015-ci ildə 537, 2014-cü ildə isə 961 nəfərin ölümünə səbəb olub.

Xəbər lenti

Xəbər lenti