...

Ərdoğan: 5600 muzdlu qatil Türkiyədən deportasiya olunub

Dünya xəbərləri Materials 5 Yanvar 2018 09:31 (UTC +04:00)
İŞİD terror təşkilatı ilə mübarizə çərçivəsində 5600 muzdlu qatil Türkiyədən deportasiya olunub.
Ərdoğan: 5600 muzdlu qatil Türkiyədən deportasiya olunub

Bakı. Rufiz Hafizoğlu - Trend:

İŞİD terror təşkilatı ilə mübarizə çərçivəsində 5600 muzdlu qatil Türkiyədən deportasiya olunub.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Dövlət başçısı qeyd edib ki, İŞİD-lə mübarizə çərçivəsində ölkəyə 54 min nəfərin gəlişinə qadağa qoyulub: "Türkiyə İŞİD-lə mübarizəni davam etdirəcək".

Qeyd edək ki, 2016-cı ilin avqustundan 2017-ci ilin avqustunadək İstanbulda İŞİD üzvlərinə qarşı aparılan 117 əməliyyat nəticəsində 1000-dən çox insan saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti