...

Çin sahillərində iki gəmi toqquşub: 32 nəfər itkin düşüb (YENİLƏNİB)

Dünya xəbərləri Materials 7 Yanvar 2018 09:58 (UTC +04:00)
Çinin şərq sahilində iki gəmi toqquşub.
Çin sahillərində iki gəmi toqquşub: 32 nəfər itkin düşüb (YENİLƏNİB)

Bakı. Trend:

Panama bayrağı altında İrandan Cənubi Koreyaya hərəkət edən SANCHI neft tankeri şənbə günü axşam Çinin şərq sahili yaxınlığında Honkongun CF CRISTAL gəmisi ilə toqquşub.

Trend-in "Xinhua" agentliyinə istinadən verdiyi xəbərə əsasən, Çinin nəqliyyat nazirliyi hadisə nəticəsində 32 nəfərin itkin düşməsi barədə məlumat yayıb. İtkin düşənlər arasında 30 İran və 2 Banqladeş vətəndaşının olduğu bildirilir.

Toqquşma nəticəsində tankerdə yanğın baş verib.

Xilas etmə və axtarış əməliyyatlarına Çin və Cənubi Koreya sahil mühafizəsi xidmətlərinin əməkdaşları cəlb edilib.

08:43

Çinin şərq sahilində iki gəmi toqquşub.

Trend-in "Xinhua" agentliyinə istinadən verdiyi məlumata əsasən, hadisə nəticəsində onlarla ekipaj üzvü itkin düşüb.

Digər təfərrüatlar hələlik açıqlanmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti