...

Erməni deputat: Bahalaşma ölkədə vəziyyəti daha da ağırlaşdıracaq

Dünya xəbərləri Materials 9 Yanvar 2018 10:11 (UTC +04:00)
Yanvar ayından Ermənistanda qeydə alınan bahalaşma ölkədə vəziyyəti daha da ağırlaşdıracaq.
Erməni deputat: Bahalaşma ölkədə vəziyyəti daha da ağırlaşdıracaq

Bakı. Trend:

Yanvar ayından Ermənistanda qeydə alınan bahalaşma ölkədə vəziyyəti daha da ağırlaşdıracaq. Belə ki, əhalinin əksəriyyətinin gəlirləri aşağıdır və bu gəlirlər inflyasiya səbəbindən daha da azalacaq.

Trend-in məlumatına görə, bunu Ermənistan deputatı Vardan Bostancyan deyib.

O qeyd edib ki, əhalinin gəlirlərinin az olduğunu nəzərə alaraq, hətta cüzi bahalaşma mənfi effekt verə bilər:

"2018-ci ildə əməkhaqqı, pensiya və müavinətlər artırılmayacaq. Bu isə o deməkdir ki, bir çoxlarının gəlirləri inflyasiyaya davam gətirməyə kifayət etməyəcək".

V.Bostancyan hesab edir ki, inflyasiya Ermənistanda arzuolunmaz proseslərə səbəb olacaq: "O cümlədən yoxsulluğun səviyyəsi artacaq, mühacirət çoxalacaq, korrupsiya halları dərinləşəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti