...

Fransada itmiş pişik qatarla uzun yol qət edərək sahibinə qovuşub

Maraqlı Materials 16 Yanvar 2018 18:20 (UTC +04:00)
Fransada itmiş pişik balası qatarla uzun yol qət edərək sahibinin yanına qayıdıb.
Fransada itmiş pişik qatarla uzun yol qət edərək sahibinə qovuşub

Bakı. Trend:

Fransada itmiş pişik balası qatarla uzun yol qət edərək sahibinin yanına qayıdıb.

Trend-in məlumatına görə, Sart qəsəbəsində dəmiryolu vağzalında pişik sərnişinlərin və işçilərin diqqətini cəlb edib.

Pişiyi qatardan uzaqlaşdırmağa çalışsalar da, heyvan qatara daxil olub. Yol boyunca qatar nəzarətçisi pişik balasının qayğısına qalıb və şəkillərini “Twitter” sosial şəbəkəsində yerləşdirib.

Bildirilir ki, sosial şəbəkənin istifadəçilərinin paylaşımları vasitəsilə pişik Man qəsəbəsində yaşayan sahibinə qovuşub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti