...

Türkiyədən İraqa gedən avtobus aşdı: 9 ölü, 28 yaralı

Dünya xəbərləri Materials 12 Yanvar 2018 12:12 (UTC +04:00)
İstanbuldan İraqın Ərbil şəhərinə səfər edən sərnişin avtobusu Şırnak əyalətində qəzaya uğrayıb.
Türkiyədən İraqa gedən avtobus aşdı: 9 ölü, 28 yaralı

Bakı. Rufiz Hafizoğlu - Trend:

İstanbuldan İraqın Ərbil şəhərinə səfər edən sərnişin avtobusu Şırnak əyalətində qəzaya uğrayıb.

Trend-in məlumatına görə, qəza nəticəsində 3-ü azyaşlı olmaqla 9 nəfər ölüb, 28 nəfər yaralanıb.

Avtobusun sürücünün idarəetməni itirməsi səbəbindən yarğana aşdığı bildirilir.

Hadisə yerinə çox sayda xilasedici cəlb edilib və yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb.

Xəsarət alanların adları və vətəndaşlığı haqqında məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti