...

Öz cinayəti haqqında hekayə yazan qarətçi həbs edildi

Dünya xəbərləri Materials 13 Yanvar 2018 00:41 (UTC +04:00)
İtaliya polisi poçt şöbəsini qarət edib bu barədə hekayə yazan cinayətkarı həbs edib
Öz cinayəti haqqında hekayə yazan qarətçi həbs edildi

Bakı. Trend:

İtaliya polisi poçt şöbəsini qarət edib bu barədə hekayə yazan cinayətkarı həbs edib.

Trend-in məlumatına görə, o 2017-ci ilin dekabr ayında Berqamo şəhərinin yaxınlığındaki poçt şöbəsinin əməkdaşlarını odlu silahla hədələyərək oradan 650 avro oğurlayıb.

Qarətçi yanvarın 12-də qonşu şəhərcikdə saxlanılıb. Saxlanılma zamanı o nəinki törətdiyi cinayəti etiraf edib, hətta polis əməkdaşlarına cinayətin təfərrüatlarını təsvir edən əlyazma verib.

Saxlanılan şəxsin əvvəllər də bu cür hadisələr törətdiyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti