...

Motor qayığı partladı, 16 nəfər xəsarət aldı

Dünya xəbərləri Materials 14 Yanvar 2018 18:50 (UTC +04:00)
Tailandın Pxipxi adasının yaxınlığında motor qayığının partlaması nəticəsində ən azı 16 nəfər xəsarət alıb
Motor qayığı partladı, 16 nəfər xəsarət aldı

Bakı. Trend:

Tailandın Pxipxi adasının yaxınlığında motor qayığının partlaması nəticəsində ən azı 16 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, hadisə turistlər üçün təşkil edlmiş dəniz gəzintisi zamanı baş verib. Qayığda 26 çinli və 5 tailandlı turist olub.

Xəsarət alanlar xəstəxanaya çatdırılıb. Onlardan altısı güclü yanıq xəsarəti alıb.

Partlayışın yanacaq sızması nəticəsində baş verdiyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti