...

Ərdoğan: ABŞ Suriyada terrorçu ordusu yaradır

Dünya xəbərləri Materials 15 Yanvar 2018 16:36 (UTC +04:00)
ABŞ Türkiyə ilə sərhəddə Suriyada fəaliyyət göstərən PYD və YPG terrorçularından ibarət ordu yaradır
Ərdoğan: ABŞ Suriyada terrorçu ordusu yaradır

Bakı. Rufiz Hafizoğlu - Trend:

ABŞ Türkiyə ilə sərhəddə Suriyada fəaliyyət göstərən PYD və YPG terrorçularından ibarət ordu yaradır.

Trend-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

R.T.Ərdoğan qeyd edib ki, terrorçu ordusunun hədəfi Türkiyədir: “Amma ABŞ bu terrorçu ordusunu yaratmazdan öncə Türkiyə onu məhv edəcək”.

Türkiyə prezidenti onu da vurğulayıb ki, PYD və YPG-ni dəstəkləməklə ABŞ artıq özünü biabır edib: “Terrorçuluqla mübarizədə Türkiyə ilə əməkdaşlıq etmək əvəzinə ABŞ terrorçularla dostluq edir”.

Qeyd edək ki, bu gün Türkiyənin baş nazir müavini Bekir Bozdağ da ABŞ-ın açıq-aşkar Suriyada terrorçuları dəstəklədiyini bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti