...

Saakaşvili istintaqda dindirilir

Dünya xəbərləri Materials 16 Yanvar 2018 14:40 (UTC +04:00)
Mixeil Saakaşvili növbəti dəfə ifadə vermək üçün Ukrayna Təhlükəsizlik Xidmətinə gəlib.
Saakaşvili istintaqda dindirilir

Bakı. Trend:

Ukraynanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili növbəti dəfə ifadə vermək üçün Ukrayna Təhlükəsizlik Xidmətinə gəlib.

Trend-in məlumatına görə, o, cinayətkar qrup iştirakçılarına kömək göstərilməsi işi üzrə istintaq işində şübhəli şəxs qismində dindirilir.

Məlumata görə, istintaq yerli vaxtla saat 12:00-a təyin edilsə də, M.Saakaşvili 20 dəqiqə gecikmə ilə çatıb.

Qeyd edək ki, Tbilisi məhkəməsi sabiq prezident M.Saakaşvilinin barəsində qiyabi olaraq 3 il müddətinə həbs olunması barədə qərar qəbul edib.

Xəbər lenti

Xəbər lenti