...

Moskvada qar onlarla reys təxirə saldı

Dünya xəbərləri Materials 18 Yanvar 2018 11:29 (UTC +04:00)
Moskvada kəskin hava şəraiti ilə əlaqədar hava limanlarında 10-dan çox reys təxirə salınıb
Moskvada qar onlarla reys təxirə saldı

Bakı. Trend:

Moskvada kəskin hava şəraiti ilə əlaqədar hava limanlarında 10-dan çox reys təxirə salınıb.

Trend-in məlumatına görə, Domodedovo hava limanında 13 reys təxirə salınıb, daha 4 reysin isə ləngidiyi barədə məlumat verilib.

Bundan başqa, Şeremetyevo hava limanında isə 7 reysin ləngidiyi bildirilib.

Moskvanın digər hava limanlarında – Vnukovo və Jukovski aeroportlarında ləngimələrin olmadığı bildirilir.

Qeyd edək ki, hazırda Moskavada küclü küləklə müşayiət olunan qarlı hava hökm sürür.

Xəbər lenti

Xəbər lenti