...

NASA və ABŞ nüvə reaktoru hazırlayırlar

Dünya xəbərləri Materials 19 Yanvar 2018 21:49 (UTC +04:00)
NASA və ABŞ Energetika Nazirliyi kiçik ölçülü nüvə reaktoru hazırlayırlar.
NASA və ABŞ nüvə reaktoru hazırlayırlar

Bakı. Trend:

NASA və ABŞ Energetika Nazirliyi kiçik ölçülü nüvə reaktoru hazırlayırlar.

Trend-in məlumatına görə, reaktordan kosmik məkanın araşdırılması və ya Ay və Marsın öyrənilməsi üçün istifadə oluna bilər.

Qurğunun növbəti sınağı martda Nevada səhrasında keçiriləcək.

"Kilopower" adlandırılan reaktorun gücü 1-dən 10 kVt-dək olacaq və 10 il istifadə ediləcək.

Kosmik qurumun mütəxəssislərinin qiymətləndirməsinə əsasən, bununla iki fərdi yaşayış evini enerji ilə təmin etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti