...

Kabildə otelə hücum nəticəsində ölənlərin sayı 43 nəfərə çatıb (YENİLƏNİB-2)

Dünya xəbərləri Materials 21 Yanvar 2018 17:02 (UTC +04:00)
Əfqanıstanın paytaxtı Kabildə "Taliban" silahlılarının "Intercontinental Hotel" otelinə hücumu nəticəsində ölənlərin sayı 43 nəfərə çatıb
Kabildə otelə hücum nəticəsində ölənlərin sayı 43 nəfərə çatıb (YENİLƏNİB-2)

Bakı. Trend:

Əfqanıstanın paytaxtı Kabildə "Taliban" silahlılarının "Intercontinental Hotel" otelinə hücumu nəticəsində ölənlərin sayı 43 nəfərə çatıb.

Trend bu barədə "TOLO News" telekanalına istinadən məlumat verir.

XXX

13:37

Kabildə silahlıların "Intercontinental" otelinə hücumu zamanı baş verən partlayış nəticəsində ölənlərin sayı artıb.

Trend-in məlumatına görə, həlak olanların sayı 12 nəfərə çatıb.

Hücuma görə məsuliyyəti "Taliban" radikal hərəkatı öz üzərinə götürüb.

XXX

09:47

Kabildə silahlıların "Intercontinental" otelinə hücumu nəticəsində 5 nəfər həlak olub, 6 nəfər isə yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "TOLO News" telekanalına Əfqanıstan Daxili İşlər Nazirliyinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, hazırda hücmun qarşısı tam alınıb. Üç silahlı xüsusi əməliyyat zamanı zərərsizləşdirilib, 126 nəfər xilas edilib, onlardan 41 nəfəri əcnəbidir. Ölən və yaralananlar Əfqanıstan vətəndaşıdır.

Xəbər lenti

Xəbər lenti