...

"Zeytun budağı" ilə bağlı SON MƏLUMAT - 153 obyekt məhv edilib

Dünya xəbərləri Materials 22 Yanvar 2018 09:30 (UTC +04:00)
Türkiyə Afrində PYD və YPG əleyhinə keçirdiyi "Zeytun budağı" əməliyyatı zamanı terrorçuların 153 obyektini məhv edib.
"Zeytun budağı" ilə bağlı SON MƏLUMAT - 153 obyekt məhv edilib

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Afrində PYD və YPG əleyhinə keçirdiyi "Zeytun budağı" əməliyyatı zamanı terrorçuların 153 obyektini məhv edib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Baş Qərargahının məlumatında bildirilib.

Bundan başqa, əməliyyat nəticəsində 9 yaşayış məntəqəsinin də terrorçulardan azad edildiyi bildirilib. Məlumata görə, əməliyyatlar davam etdirilir.

Xatırladaq ki, daha öncə Türkiyənin baş naziri Binəli Yıldırım bildirmişdi ki, Suriyanın Afrin şəhərində təxminən 8-10 min PYD və YPG terrorçusu var.

Qeyd edək ki, yanvarın 20-də Türkiyə Afrində "Zeytun budağı" əməliyyatlarına başlayıb. Əməliyyata Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri aviazərbələr üçün cəlb edilib.

Xəbər lenti

Xəbər lenti