...

Türkiyə ordusundan Afrin üçün yeni cəbhə

Dünya xəbərləri Materials 23 Yanvar 2018 05:59 (UTC +04:00)
Suriyanın Afrin bölgəsində həyata keçirilən “Zeytun budağı” əməliyyatının üçüncü günündə yeni bir cəbhə açıldı
Türkiyə ordusundan Afrin üçün yeni cəbhə

Bakı. Trend:

Suriyanın Afrin bölgəsində həyata keçirilən “Zeytun budağı” əməliyyatının üçüncü günündə yeni bir cəbhə açıldı.

Trend-in Türkiyə KİV-lərinə istinadla verdiyi məlumata görə, Türkiyə Silahlı Quvvələri, Suriyanın Azez qəsəbəsi üzərindən Afrinə doğru irəlləməyə başladı. İlk hədəf olaraq strateji əhəmiyyətə malik Burseya Dağı ələ keçirildi.

Terrorçuların müəyyən edilən hədəflərinin raket və top atəşinə tutulduğu bildirilir.

Qeyd edək ki, “Zeytun budağı” əməliyyatı çərçivəsində Türkiyə ordusunun quru qoşunları Suriyanın Afrin şəhərində 9 yaşayış məntəqəsini terrorçulardan təmizləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti