...

"Mayon" Filippində 40 min adamı evindən didərgin saldı

Dünya xəbərləri Materials 23 Yanvar 2018 11:55 (UTC +04:00)
Filippində Mayon vulkanının püskürmə təhlükəsi ilə əlaqədar hələ də təxliyələr davam edir.
"Mayon" Filippində 40 min adamı evindən didərgin saldı

Bakı. Trend:

Filippində Mayon vulkanının püskürmə təhlükəsi ilə əlaqədar hələ də təxliyələr davam edir. Trend-in məlumatına görə, vilayət qubernatoru Albay Alya Frensis Biçaru 40 min sakinin ərazilərdən təxliyə edilyini bildirib.

Qubernator eləcə də təhlükə ərazisinə yaxın təhsil müəssisələrində dərslərin dayandırılması, səhiyyə, fövqəladə xidmət və hüquq-mühafizə orqanlarından başqa bütün dövlət strukturlarında işin dayandırılması barədə göstəriş verib.

Qeyd edək ki, ötən eücə vulkanın güclü püskürməsi nəticəsində kül və lava qatı 600-700 metr hündürlüyə sovrulub.

Hökumət evlərini tərk etmiş sakinləri hələ də geri qayıtmamağ çağırıb.

Xəbər lenti

Xəbər lenti