...

Ermənistanda aləm qarışacaq - Oliqarxlar üsyana hazırlaşır

Dünya xəbərləri Materials 24 Yanvar 2018 12:20 (UTC +04:00)
Erməni oliqarxlar hakim Respublika Partiyasının Ermənistan prezidenti vəzifəsinə Armen Sarkisyanın namizədliyinin təqdim olunmasına qarşı çıxmaq niyyətindədir
Ermənistanda aləm qarışacaq - Oliqarxlar üsyana hazırlaşır

Bakı. Trend:

Erməni oliqarxlar hakim Respublika Partiyasının Ermənistan prezidenti vəzifəsinə Armen Sarkisyanın namizədliyinin təqdim olunmasına qarşı çıxmaq niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə Ermənistan KİV-ləri yazır.

Qeyd olunur ki, bir sıra oliqarxlar Ermənistanın biznes həyatında A.Sarkisyanın simasında yeni rəqibin peyda olacağından narahatdırlar.

Onların fikrincə, A.Sarkisyan biznesin bəzi sahələrini ələ keçirməyə çalışacaq.

Erməni KİV-lərinin yazdığına görə, yaxın zamanlarda A.Sarkisyanı etibardan salacaq məlumatlar yayıla bilər ki, bu da onu prezidentlik iddialarından əl çəkməyə vadar edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti