...

İtaliyada "mafiya böhranı" davam edir - YENİ ƏMƏLİYYAT

Dünya xəbərləri Materials 24 Yanvar 2018 13:08 (UTC +04:00)
İtaliyanın Siciliya vilayətində polisin “Koza Nostra” mafiyasına qarşı növbəti əməliyyatı keçirilib.
İtaliyada "mafiya böhranı" davam edir - YENİ ƏMƏLİYYAT

Bakı. Orxan Nəbiyev - Trend:

İtaliyanın Siciliya vilayətində polisin “Koza Nostra” mafiyasına qarşı növbəti əməliyyatı keçirilib.

Trend-in məlumatına görə, Messina şəhəri yaxınlığında 40 nəfər saxlanılıb.

Saxlanan qrup “Barselona klanı” kimi tanınıb və Siciliyanın şərqində reket, soyğunçuluq, silah və narkotik ticarəti kimi fəaliyyətlərlə məşğul olub.

Qeyd edək ki, bu əməliyyat bu həftə ərzində İtaliya polisinin mafiyaya qarşı üçüncü geniş əməliyyatıdır. Bu əməliyyatlar çərçivəsində Siciliyada və Neapolda yüzlərlə şəxs saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti