...

İndiyədək Afrində 350-yə yaxın terrorçu məhv edilib

Dünya xəbərləri Materials 26 Yanvar 2018 09:57 (UTC +04:00)
"Zeytun budağı" əməliyyatı zamanı zərərsizləşdirilən terrorçuların sayı açıqlanıb.
İndiyədək Afrində 350-yə yaxın terrorçu məhv edilib

Bakı. Trend:

Türkiyə Silahlı Qüvvələrinin (SQ) Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı zamanı zərərsizləşdirilən terrorçuların sayı açıqlanıb.

Trend Türkiyə SQ Baş Qərargahına istinadən məlumat verir ki, indiyədək 343 terrorçu məhv edilib, 13 qırıcı ilə 23 hədəf darmadağın edilib.

"Zeytun budağı" əməliyyatının uğurla davam etdiyi bildirilir.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti