...

BMT-nin baş katibi Kabildəki terror aktını qınayıb

Dünya xəbərləri Materials 28 Yanvar 2018 01:35 (UTC +04:00)
BMT-nin baş katibi Antoniu Quterriş Kabildə törədilən terror aktını qınayıb.
BMT-nin baş katibi Kabildəki terror aktını qınayıb

Bakı. Trend:

BMT-nin baş katibi Antoniu Quterriş Kabildə törədilən terror aktını qınayıb.

Trend-in məlumatına görə, bu barədə Quterrişin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

"Bu cür hücumlar insan haqqlarını kobud şəkildə pozur və heç vaxt bəraət qazana bilməz", deyə Düjarrik bildirib. Baş katib həmçinin həlak olanların ailələrinə başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb.

Şənbə günü Əfqanıstanın paytaxtı Kabildə törədilən terror aktı nəticəsində 95 nəfər həlak olub, daha 158 nəfər yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti