...

"Zeytun budağı"nın son gündəliyi - Bak Ubasi azad edildi və...

Dünya xəbərləri Materials 31 Yanvar 2018 13:48 (UTC +04:00)
Suriyada aparılan "Zeytun budağı" əməliyyatının 12-ci günündə zərərsizləşdirilən terrorçuların sayı açıqlanıb.
"Zeytun budağı"nın son gündəliyi - Bak Ubasi azad edildi və...

Bakı. Rufiz Hafizoğlu - Trend:

Suriyada aparılan "Zeytun budağı" əməliyyatının 12-ci günündə zərərsizləşdirilən terrorçuların sayı açıqlanıb.

Trend-in Türkiyə Silahlı Qüvvələri Baş Qərargahına istinadən verdiyi məlumata görə, indiyədək Afrində keçirilən əməliyyatlar zamanı PYD və YPG-nin 712 terrorçusu zərərsizləşdirilib.

Məlumata görə, Hərbi Hava Qüvvələri tərəfindən terror təşkilatlarına məxsus 22 yeni hədəf – atəş nöqtələri, silah anbarları və digər məntəqələr məhv edilib.

Bundan başqa, Bak Ubasi kəndi terrorçulardan azad edilib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti