...

Hindistana məxsus tanker Afrika sahillərində yoxa çıxıb

Dünya xəbərləri Materials 3 Fevral 2018 17:40 (UTC +04:00)
Göyərtəsində 22 dənizçinin olduğu Hindistana məxsus tanker yoxa çıxıb.
Hindistana məxsus tanker Afrika sahillərində yoxa çıxıb

Bakı. Trend:

Göyərtəsində 22 dənizçinin olduğu Hindistana məxsus tanker yoxa çıxıb.

Trend-in məlumatına görə, 48 saat əvvəl, gəmi Benin sahillərində olarkən onunla əlaqə itib.

"Marine Express" gəmisi ümumi dəyəri 8,1 milyon dollar olan 13,5 min ton yanacaq aparırmış.

Ehtimal olunur ki, gəmi dəniz quldurları tərəfindən ələ keçirilib. Lakin bu versiya hələ ki təsdiqini tapmayıb. Hindistan hökuməti Benin və Nigeriyanın müvafiq qurumlarına tankerin tapılmasında yardım etmələri üçün müraciət edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti