...

Zərif: ABŞ-ın nüvə doktrinası bəşəriyyətin məhvinə gətirib çıxara bilər

Dünya xəbərləri Materials 4 Fevral 2018 06:13 (UTC +04:00)
ABŞ-ın nüvə doktrinası bəşəriyyətin məhvinə gətirib çıxara bilər
Zərif: ABŞ-ın nüvə doktrinası bəşəriyyətin məhvinə gətirib çıxara bilər

Bakı. Trend:

ABŞ-ın nüvə doktrinası bəşəriyyətin məhvinə gətirib çıxara bilər.

Trend-in məlumatına görə, bu barədə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif öz "Twitter" hesabında yazıb.

XİN rəhbəri bildirib: "ABŞ-ın nüvə doktrinası, nüvə silahının yayılmaması haqqında müqaviləyə zidd olaraq, nüvə silahından böyük asılılığı əks etdirir. Beləliklə, bu doktrina bəşəriyyəti məhvə yaxınlaşdırır. Təəccüblü deyil ki, biz 1953-cü ildən bu vaxtadək dünyanın sonuna daha çox yaxınlaşmışıq.Trampın Hərtərəfli Birgə Fəaliyyət Planını ləğv etdirməkdə göstərdiyi inadkarlığı həmin düşüncəsizlikdən irəli gəlir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti