...

ABŞ-ın Rejissorlar Gildiyasının mükafatları təqdim olunub

Dünya xəbərləri Materials 4 Fevral 2018 14:44 (UTC +04:00)
Meksikalı rejissor Gilyermo del Toro ABŞ-ın Rejissorlar Gildiyasının baş mükafatına layiq görülüb
ABŞ-ın Rejissorlar Gildiyasının mükafatları təqdim olunub

Bakı. Trend:

Meksikalı rejissor Gilyermo del Toro ABŞ-ın Rejissorlar Gildiyasının baş mükafatına layiq görülüb.

Trend-in məlumatına görə, mükafat rejissora “Suyun forması” filminə görə təqdim olunub.

Xatırladaq ki, ötən il del Toro DGA-nın “Bədii film rejissurası sahəsində yüksək nailiyyətlərə” görə təsis etdiyi mükafatı qazanıb.

ABŞ-ın Rejissorlar Gildiyasının mükafatlarının 70-ci yubiley təqdim olunma mərasimi fevralın 4-də Los-Ancelesdə keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti