...

Türkiyədə ağır yol qəzaları: ölən və yaralananlar var (FOTO)

Dünya xəbərləri Materials 5 Fevral 2018 03:48 (UTC +04:00)
Türkiyədə ağır yol-nəqliyyat hadisələri baş verib.
Türkiyədə ağır yol qəzaları: ölən və yaralananlar var (FOTO)

Bakı. Trend:

Türkiyədə ağır yol-nəqliyyat hadisələri baş verib.

Trend-in türk KİV-lərinə istinadən verdiyi məlumata əsasən, Zonquldağdan Ankaraya gedən yolda avtobusun iştirakı ilə yol qəzası baş verib, nəticədə bir nəfər həyatını itirib, daha 16 nəfər isə yaralanıb.

Digər qəza İstanbulda baş verib. Metrobusların toqquşması nəticəsində 22 nəfər xəsarət alıb. Qeyd olunur ki, qəzanın səbəbi yaş asfalt olub. Bəylikdüzündən Topqapıya gedən metrobus dayanacağda dayanan digər metrobusla toqquşub.

Yaralananlar xəstəxanaya çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti