...

Tayvanda helikopter qəzaya uğrayıb: 6 nəfər itkin düşüb

Dünya xəbərləri Materials 6 Fevral 2018 07:17 (UTC +04:00)
Tayvanda helikopter qəzaya uğrayıb
Tayvanda helikopter qəzaya uğrayıb: 6 nəfər itkin düşüb

Bakı. Trend:

Tayvanda helikopter qəzaya uğrayıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, qəza nəticəsində helikopterdə olan 6 nəfər itkin düşüb.

Məlumata əsasən, helikopter Taydun şəhərindən tibbi yardım gğstərmək və tibbi təxliyə həyata keçirmək üçün Lanyun adasına yola düşüb. Adadan geri dönərkən helikopter ilə əlaqə kəsilib.

Helikopterdə iki pilot, bir mexanik, bir həkim, bir xəstə və onu müşayiət edən şəxs olub. Hazırda axtarış-xilasetmə əməliyyatı aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti