...

İrana köç edən ördəklərdə "quş qripi" aşkar edilib

Dünya xəbərləri Materials 6 Fevral 2018 20:04 (UTC +04:00)
İranın şimalında H5N6 quş qripi virusu yayılıb
İrana köç edən ördəklərdə "quş qripi" aşkar edilib

Bakı. Trend:

İranın şimalında H5N6 "quş qripi" virusu aşkar edilib.

Trend-in məlumatına görə, virusun aşkar edilməsi İran Kənd Təsərrüfatı Nazirliyinin bəyanatında təsdiq edilib.

Qeyd olunur ki, virusa “Bucaq” təbii parkındakı 1300 ördək yoluxub. Həmin quşların xəstəlik nəticəsində tələf olmaları təsdiq edilib. Məlumata görə, virusa yoluxmuş quşlar zərərsizləşdirilib, ərazidə müvafiq dezinfeksiya işlər görülüb.

İran Kənd Təsərrüfatı Nazirliyi ördəklərin qış mövsümünü keçirmək üçün həmin bölgəyə gəldiyini qeyd edib.

Qeyd edək ki, son məlumatlara görə, İranda ötən ilin martından başlyaraq "quş qripi" ilə əlaqədar 21 milyon quş məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti