...

Həsən Ruhani Türkiyənin XİN başçısı ilə Suriyadakı vəziyyəti müzakirə edib

Dünya xəbərləri Materials 8 Fevral 2018 03:04 (UTC +04:00)
İran İslam Respublikasının prezidenti Həsən Ruhani Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.
Həsən Ruhani Türkiyənin XİN başçısı ilə Suriyadakı vəziyyəti müzakirə edib

Bakı. Trend:

İran İslam Respublikasının prezidenti Həsən Ruhani Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

Trend-in IRNA agentliyinə istinadən verdiyi məlumata əsasən, tərəflər Suriya böhranının nizamlanması məsələsini müzakirə ediblər, İranın Ankara ilə münasibətləri inkişaf etdirməyə hazır olduğu vurğulanıb.

"Biz regional problemləri həll etmək üçün Türkiyə ilə əməkdaşlığı inkişaf etdirməyə hazırıq”, deyə H.Ruhani vurğulayıb.

Qeyd edək ki, Tehranda səfərdə olan Çavuşoğlu həmçinin iranlı həmkarı Məhəmməd Cavad Zərif ilə də görüşüb. Görüşdə nazirlər Soçidə keçirilmiş Suriya Milli Dialoqu konqresinin nəticələrini müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti