...

"Zeytun budağı"nın SON GÜNDƏLİYİ - 1062 terrorçu, 19 obyekt məhv edilib

Dünya xəbərləri Materials 9 Fevral 2018 11:37 (UTC +04:00)
Türkiyə Silahlı Qüvvələrinin Afrində keçirdiyi "Zeytun budağı" antiterror əməliyyatı başladığı gündən 1062 terrorçu zərərsizləşdirilib
"Zeytun budağı"nın SON GÜNDƏLİYİ - 1062 terrorçu, 19 obyekt məhv edilib

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə Silahlı Qüvvələrinin Afrində keçirdiyi "Zeytun budağı" antiterror əməliyyatı başladığı gündən 1062 terrorçu zərərsizləşdirilib.

Trend-in məlumatına görə, qərargah təkcə son sutka həyata keçirilən əməliyyatlar nəticəsində İŞİD, YPG və PYD terror təşkilatlarının 34 üzvünün məhv edilməsi barədə xəvər yayıb.

Bundan başqa, son məlumata görə, terrorçuların silah-sursat dolu 19 mühüm obyektinin də məhv edildiyi bildirilib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Xəbər lenti

Xəbər lenti