...

Afrində daha 1 kənd terrorçulardan azad olundu

Dünya xəbərləri Materials 10 Fevral 2018 19:52 (UTC +04:00)
Suriyanın Afrin bölgəsində daha bir kənd terrorçulardan azad olunub
Afrində daha 1 kənd terrorçulardan azad olundu

Bakı. Trend:

Suriyanın Afrin bölgəsində daha bir kənd terrorçulardan azad olunub.

Trend-in məlumatına görə, Türkiyə Ordusu və "Azad Suriya Ordusu" tərəfindən Afrinin qərbindəki Deyr Ballut yaşayış məntəqəsi də PYD terrorçularından azad edilib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti