...

Meksikada 150 qeyri-qanuni miqrant saxlanılıb

Dünya xəbərləri Materials 10 Fevral 2018 22:53 (UTC +04:00)
Meksikada avtobus və avtomobillərdə ABŞ ərazisinə keçməyə cəhd edən 150-dən çox qeyri-qanuni miqrant saxlanılıb
Meksikada 150 qeyri-qanuni miqrant saxlanılıb

Bakı. Trend:

Meksikada avtobus və avtomobillərdə ABŞ ərazisinə keçməyə cəhd edən 150-dən çox qeyri-qanuni miqrant saxlanılıb.

Trend-in verdiyi xəbərə görə, bu barədə ölkənin milli miqrasiya institutu məlumat yayıb.

Onların Qvatemala və Honduras vətəndaşları olduğu bildirilir.

Saxlanılanlar arasında 53 uşaq olub.

Miqrantların dəhşətli şəraitdə: havalanma sistemi, su və qida olmadan daşındığı qeyd olunur.

Saxlanılan şəxslər miqrasiya xidmətinə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti