...

Taylandda ABŞ-ın iştirakı ilə "Qızıl Kobra" hərbi təlimləri başladı

Dünya xəbərləri Materials 13 Fevral 2018 11:07 (UTC +04:00)
ABŞ və Taylandın təşkiltaçılığı və iştirakı ilə keçirilən beynəlxalq "Cobra Gold" hərbi təlimləri bu gün Taylandın Korat vilayətinin ərazisində başlayıb.
Taylandda ABŞ-ın iştirakı ilə "Qızıl Kobra" hərbi təlimləri başladı

Bakı. Trend:

ABŞ və Taylandın təşkilatçılığı və iştirakı ilə keçirilən beynəlxalq "Cobra Gold" hərbi təlimləri bu gün Taylandın Korat vilayətinin ərazisində başlayıb. Trend-in məlumatına görə, bu təlimlərdə əsasən ABŞ və Tayland hərbçiləri iştirak edirlər və amerikalı hərbçilər artıq təlimlərdə iştirak etmək üçün Taylanda gəliblər.

Qeyd edək ki, hərbi təlimlər artıq 37-ci dəfədir ki, keçirilir.

Bu il keçirilən hərbi təlimlərdə 29 ölkənin 11 mindən çox hərbçisi iştirak edir.

Builki hərbi təlimlərdə ABŞ hərbçilərinin sayı isə 6.800 nəfər təşkil edir ki, bu göstərici daha öncəki saydan 2 dəfə çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti